Çexiya prezidenti: Rusiyaya qarşı sanksiyalar tezliklə başa çatacaq
10 may 2015 00:33 (UTC +04:00)

Çexiya prezidenti: Rusiyaya qarşı sanksiyalar tezliklə başa çatacaq

Çexiya prezidenti Miloş Zeman qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların  tezliklə başa çatacağına əmin olduğunu bildirib.

 

“Sanksiyalar qısamüddətli məsələdir”, deyə Zeman Rusiya prezidenti Vladimir Putin ilə görüş zamanı deyib.  Miloş Zeman siyasəti havaya bənzədib: “Siyasət hava kimidir: gah soyuqluq, gah da istiləşmə olur. Mən soyuqluqdan sonra istiləşmə olacağına əminəm, normal münasibətlər, mədəni, siyasi, iqtisadi əlaqələr bərpa olunacaq”.  

 

 Çexiya lideri  Rusiyaya qarşı sanksiyaların əleyhinə açıq şəkildə çıxış etdiyini xatırladıb.

 

“Biz bunu bilirik”, deyə Putin cavabında bildirib.

 

Qeyd edək ki, Zeman Putin ilə görüşdə protokol qaydalarına zidd olaraq tərcüməçi xidmətlərindən imtina edib və rusiyalı həmkarı ilə rus dilində söhbət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar