Çexiyanın prezidenti Miloş Zeman Türkiyənin İŞİD müttəfiqi kimi davrandığı üçün Avropa İttifaqına üzv seçilməsi ehtimalına etiraz edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Avropa Birliyinin zirvə toplantısından sonra Türkiyənin ittifaqa qatılması ilə bağlı müzakirələr aparılıb. İlk mənfi reaksiya da Çexiyadan gəlib. Çexiya prezidenti M. Zeman, Türkiyənin birliyə üzv seçilməsinə qarşı çıxıb. Çexiya liderinin iddialarına görə, Türkiyə NATO üzvü olmasına rəğmən İŞİD müttəfiqi kimi hərəkət edir.
Bundan başqa, Zeman Birliyin miqrantlarla əlaqədar Türkiyəyə 3 milyard euro yardım ayırmasını da tənqid edib. Onun fikrincə, Türkiyə bu miqrantlara baxacaq gücdədir. Çünki bu insanlar onlarla eyni dindəndir.
Bütün bu açıqlamalardan sonra Çex lideri Türkiyə səfirinin onun sözlərinin qarşılığında etiraz göndərməsini gözlədiyini də bildirib.