BMT-nin insan haqları üzrə ali komissarı Navi Pilley bildirib ki, Cənubi Sudanda yetkinlik yaşına çatmayan 9 mindən çox uşağın silahlı münaqişəyə cəlb edildiyini bildirib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ali komissar deyib ki, vətəndaş qarşıdurmasında hər iki tərəf yetkinlik yaşına çatmayanları silahlandırır.
Ölkə paytaxtı Cubiyə üç günlük səfəri zamanı o, qeyd edib ki, zorakılıq, aclıq və milyonlarla insanın köç etməsi ölkədə faciəli vəziyyət yaradıb.
N.Pilley Cənubi Sudanda Ruandadakı soyqırımın təkrarlanmasına BMT-nin yol verməyəcəyini də vurğulayıb.
Xatırladaq ki, 1994-cü ildə Ruandada xutu və tutsi etnik qruplara arasındakı konflikt nəticəsində yarım milyondan çox insan qətlə yetirilmişdi.