Cənubi Koreya hökuməti ölkə iqtisadiyyatının dəstəklənməsi üçün 40 milyard dollar ayrıldığını bildirib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu aksiya 2014-cü ilin II rübündə istehlak xərclərinin azalması fonunda gerçəkləşdirilir.
Məlumata əsasən, bu ilin aprel-iyun aylarında Cənubi Koreya Ümumi Daxili Məhsulun həcmi əvvəlki rüblə müqayisədə 0,6 faiz, illik baxımından 3,6 faiz artıb. I rübdə isə uyğun olaraq, 0,9 faiz və 3,9 faiz artım qeydə alınıb.
Cari ilin sonunadək 20 milyard dollar Cənubi Koreya iqtisadiyyatına sərmayə qoyulacaq.
Maliyyə vəsaitinin əsas hissəsi kiçik biznes, mənzil tikintisi, eləcə də xarici şirkətlərin fəaliyyət göstərməsi üçün fondun yaradılmasına sərf ediləcək.