Cənubi Amerikada daşqınlar: 180 min sakin evini tərk etdi
29 dekabr 2015 04:35 (UTC +04:00)

Cənubi Amerikada daşqınlar: 180 min sakin evini tərk etdi

 Paraqvay, Argentina, Uruqvay və Braziliyada 180 mindən çox insan daşqınlar nəticəsində öz evini tərk etmək məcburiyyətində qalıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, son sutka ərzində  Uruqvayda təbii fəlakətdən zərərçəkənlərin sayı 16 311 nəfərə çatıb.

 

Fəlakətdən daha çox Paraqvay zərər çəkir. Burada 140 min insan öz evini tərk etməyə məcbur olub. Ötən həftə güclü külək Paraqvayda onlarla ağacı kökündən qoparıb. Təbii fəlakət nəticəsində 4 nəfərin öldüyü təsdiqlənib. Paytaxt Asunsonda elektrik təchizatı pozulub, ölkənin bir sıra bölgələrində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

Argentinanın 5 əyalətindən 20 mindən çox insan evakuasiya edilib, 2 nəfər güclü daşqınların qurbanı olub. Braziliyanın cənubunda 2 200 nəfər ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Riu-Qrandu ştatının 12 bələdiyyəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Qeyd olunur ki, təbii fəlakət “El-Ninyo” iqlıim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Oxşar yazılar