Cenevrədə İranın nüvə proqramı ilə əlaqədar görüş başa çatdı
17 dekabr 2014 22:54 (UTC +04:00)

Cenevrədə İranın nüvə proqramı ilə əlaqədar görüş başa çatdı

0

İsveçrənin Cenevrə şəhərində İranın nüvə proqramı ilə əlaqədar görüş başa çatıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, İran və “altılıq” ölkələrinin nümayəndələri görüşün keçirildiyi məkanı tərk ediblər.

 

Danışıqları şərh edən Fransa nümayəndə heyətinin rəhbəri, XİN-in təhlükəsizlik və siyasi məsələlər üzrə Baş direktoru Nikolya de Rivyer danışıqların səmimi şəraitdə keçdiyini bildirib.

 

Bağlı qapılar arasında baş tutan görüş 8 saat davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar