Cəmil Çiçək: “Ankara arxivləri açmağa hazırdır”
“Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanıdılmasına yönəlik fəaliyyəti ilə dünyanı aldada bilməz”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək bəyan edib.
O qeyd edib ki, son zamanlar ermənilər və erməni lobbisi dünya ölkələrinin parlamentləri tərəfindən 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması üçün səylərini gücləndiriblər.
C. Çiçək həmçinin bildirib ki, Ankara arxivləri açmağa və 1915-ci il hadisələrini yenidən araşdırmağa hazırdır.