Cem Uzan siyasətə qayıdır
21 iyun 2015 12:00 (UTC +04:00)

Cem Uzan siyasətə qayıdır

0

Türkiyənin Gənc Partiyanın sədri, hazırda Fransada mühacirətdə olan Cem Uzan siyasətə qayıdacağını bildirib. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, bu barədə Cem Uzan özü twitter hesabınından məlumat verib: “Bütün Türkiyəyə bildirilir. Gənc Partiyası ... Vaxtı gəlib”.

 

Qeyd edək ki, Cem Uzan fəaliyyətini dayandırmış  Gənc Partiyanın sədridir. O, 2002-ci ildə Türkiyədə parlament seçkilərinə qatılmış, qısamüddətli kampaniyadan sonra 7.2 faiz  səs toplamışdı. Seçkilərdən sonra isə Türkiyənin vergi orqanları onun fəaliyyətini araşdırmağa başlamış, nəticədə bu ölkədəki bütün varidatına əl qoyulmuşdu. İş adamı özü isə Fransadan siyasi sığınacaq almışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 273

Oxşar yazılar