Aprelin 3-də Çeçenistanda baş verən partlayış nəticəsində Rusiyanın 4 hərbçisi həlak olub, 11-i yaralanıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, RF Daxili İşlər Nazirliyi mətbuat xidməti bildirib : “Aprelin 3-də Çeçenistan Respublikasının Açxoy-Martanovsk rayonunun Yandi yaşayış məntəqəsində Daxili Qoşunların mühəndislik taqımı mühəndis-kəşfiyyat işləri görərkən Piyadaların Döyüş Maşınında gizlədilmiş qurğu partlayıb”.
Mənbə qeyd edib ki, aldıqları yaradan 4 hərbçi ölüb, daha 11-i yaralanıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.