Çeçenistanda dəhşətli qəzada ölənlərin sayı 11-ə çatdı
22 iyul 2015 06:28 (UTC +04:00)

Çeçenistanda dəhşətli qəzada ölənlərin sayı 11-ə çatdı

0

Çeçenistanın Vedeno rayonunda "Qazel" markalı mikroavtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli Fövqəladə Hallar Nazirliyindəki mənbə bildirib.

 

Son məlumatlara görə, mikroavtobusda Dağıstanın Andi kəndindən olan 17 sərnişin olub.

 

Çeçenistan rəhbəri Ramzan Kadırov dəhşətli qəza ilə əlaqədar dağıstanlı həmkarı Ramazan Abdulatipova, həmçinin ölənlərin yaxınlarına baş sağlığı verib, yaralılara isə tezliklə sağalmaq arzu edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar