Daha bir dövlət başçısı Moskvada keçiriləcək Qələbənin 70 illiyi ilə bağlı tədbirə gəlməkdən imtina edib.
ANS PRESS-in məlumatına görə, Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç mayın 9 da Moskvaya gəlməyəcək.
Moskvada bayram tədbirlərində ölkəni Xorvatiyanın Rusiyadakı səfiri İqor Pokaz təmsil edəcək. Bu barədə Xarici İşlər Nazirliyindən yerli mətbuata xəbər verilib. Rusiya XİN Kitaroviçin Moskvaya gəlməyəcəyi barədə prezident aparatından və ya Xarici İşlər Nazirliyindən heç bir məlumat almadığını qeyd edib.
Xatırladaq ki, Kremlin rəsmi dəvətinə baxmayaraq Qərb ölkələrinin bütün liderləri Rusiyaya gəlməkdən imtina edib. Onlar bunu Ukraynadakı hadisələrlə əlaqələndiriblər.
Cazibədar qadın liderdən Putinə "yox" cavabı
151