Türkiyənin sabiq xarici işlər naziri Mevlut Çavuşoğlunun xidməti avtomobili yanıb.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, hadisə Antalya şəhərindəki Gazi bulvarında baş verib.
Belə ki, "Mercedes" markalı minik avtomobilin mühərrik hissəsi gözlənilmədən yanmağa başlayıb. Nəticədə mühərrik sıradan çıxıb. Hadisə zamanı nazirin avtomobildə olduğu bildirilir.