Türkiyə Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısında çıxışı zamanı bildirib.
“Türkiyə Krımın da daxil olduğu Ukraynanın müstəqilliyinə, suverenliyi, ərazi toxunulmazlığı anlamına hörmətlə yanaşılmasını istəyir”, deyə Mövlud Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, bundan əvvəl ATƏT Xarici İşlər nazirləri Şurasının Belqradda keçirilən toplantısı çərçivəsində Türkiyə və Rusiya XİN rəhbərləri arasında görüş baş tutub. Görüş 40 dəqiqə davam edib.