Cavaxetiyanın erməni sakinləri Rusiya pasportu almaq üçün növbəyə durub
02 aprel 2014 22:31 (UTC +04:00)

Cavaxetiyanın erməni sakinləri Rusiya pasportu almaq üçün növbəyə durub

Gürcüstanda Rusiya pasportları almaq istəyən Cavaxetiya sakinləri Rusiyanın Tiflisdəki konsulluğun önündə növbəyə durub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Abxaziyanın səsi” agentliyi məlumat verib. Məlumata əsasən, pasport alanların çoxu ermənidir: “Onlar KİV-lə əlaqədən qaçır, lakin şəxsi söhbətlərdə Rusiya pasportu və viza verilməsinin sadələşdirilməsi haqqında qohumlarından öyrəndiklərini və pasport almaq üçün Tiflisə gəldiklərini bildiriblər.”

 

Agentliyin məlumatına görə, Cavaxetiya sakinlərinə Rusiya pasportunun hansı meyarlarla verildiyi məlum deyil və pasport verilməsi ilə bağlı konsulluqdan məlumat almaq mümkün olmayıb. Bundan başqa konsulluğun mühafizəçiləri elan yapışdırılan lövhəni və konsulluğun divarlarını çəkməyə mane olub. Konsulluq pasport alan sakinlərə bir sıra xidmətlər, o cümlədən onlara nəqliyyatla xidmət təklif olunduğunu bildirib.

 

Xatırladaq ki, Cavaxetiya ermənilərinə qısa müddət ərzində Rusiya pasportlarının verilməsi haqqında məlumatı Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiya verib.

 

Onun sözlərinə görə, pasportun verilməsinin arxasında Cavaxetiyanın Rusiya tərəfindən işğalı gizlənə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1116
avatar

Oxşar yazılar