Beynəlxalq Valyuta Fondu (BVF) yeni hökumətin iqtisadi proqramını dəstəkləməyə və Ukraynaya yardım etməyə hazır olduğunu bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda qurumun saytında xəbər yerləşdirilib.
BVF qeyd edib ki, martın 4-dən Kiyevdə uyğun informasiyalar toplanıb və təhlil edilib. Qurum bu prosesin uğurla davam etdiyini bildirib.
Bir müddət öncə Ukrayna BVF-dən 3 milyard dollar həcmində maliyyə yardım almağı planlaşdırdığını bildirmişdi.