BVF Ukraynaya 1,7 milyard dollar ayırdı
26 iyul 2015 02:53 (UTC +04:00)

BVF Ukraynaya 1,7 milyard dollar ayırdı

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 1,7 milyard ABŞ dolları məbləğində kreditin ayrılmasına razılıq verib.

 

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna  prezidenti Pyotr Poroşenko bəyan edib.

 

“Həyata keçirdiyimiz islahatlar nəticəsində, təqdim etdiyimiz islahat proqramına müvafiq olaraq Ukraynaya BVF tərəfindən 1,7 milyard dollar ayrılıb. Bununla bağlı qərar bu həftə verilib”, deyə P.Poroşenko bildirib.

 

Bu, ilin əvvəlindən Ukraynaya ayrılan sayca ikinci kredit tranşıdır. Martda Beynəlxalq Valyuta Fondu Ukraynaya 5 milyard dollar ayırmışdı. Qeyd edək ki, 4 il müddətinə nəzərə tutulmuş proqram çərçivəsində Ukraynaya 17,5 milyard dollar ayrılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

Oxşar yazılar