BVF Ukraynaya 17,5 milyard dollar ayırdı
11 mart 2015 21:34 (UTC +04:00)

BVF Ukraynaya 17,5 milyard dollar ayırdı

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 17,5 milyard dollar ayrılmasına dair qərar qəbul edib.

 

APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu BVF-un başçısı Kristin Laqard bəyan edib.

 

“Dördillik saziş Ukraynada iqtisadi stabillik və genişmiqyaslı siyasi islahatların həyata keçirilməsinə kömək edəcək. Saziş orta perspektivdə iqtisadiyyatın davamlı artımı və Ukrayna vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsini nəzərdə tutur”, deyə K.Laqard bildirib.

 

Qeyd edək ki, müvafiq qərar Beynəlxalq Valyuta Fondunun direktorlar Şurası tərəfindən martın 11-də verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar