Texas ştatının Dallas şəhərində ABŞ-ın keçmiş prezidenti Corc Buşun (kiçik) rəsm sərgisi açılıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onun fırçası ilə çəkilən dünyanın 24 liderinin portreti arasında Rusiya prezidenti Vladimir Putinin də rəsmi var.
Buş prezident olduğu dövrdə Rusiya lideri ilə də görüşüb. “NBC” telekanalına müsahibəsində o, Putin haqda bunları deyib: «Vladimir – bir çox məsələlərə münasibətdə Amerikaya düşmən kimi baxan insandır».
Keçmiş prezidentin sözlərinə görə, çəkdiyi portretdə Rusiya prezidentinin bu xakarterini açmağa cəhd edib.