Buryatiyada dalbadal 8 zəlzələ
04 yanvar 2015 06:31 (UTC +04:00)

Buryatiyada dalbadal 8 zəlzələ

0

Rusiyanın Buryatiya Respublikasında sutka ərzində bir-birinin ardınca 8 zəlzələ qeydə alınıb.

 

APA-nın İTAR-TASS agentliyinə istindən verdiyi məlumata görə, təkanlardan ən güclüsü 4,9 bal gücündə olub.

 

Zəlzələlərin episentri Severomuysk yaşayış məntəqəsi yaxınlığında, ocağı isə 10 km dərinlikdə yerləşib.

 

Sayca səkkizinci zəlzələ yanvarın 4-ü, səhərə yaxın baş verib. Dağıntı və tələfat qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar