Rusiyanın Buryatiya Respublikasında 5,5 bal gücündə zəlzələ baş verib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00.42-də Severomuy şəhərindən 35 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.
Dağıntı və xəsarət alanlar barədə məlumat yayılmayıb.