Burkina-Fasoda prezident və nazirlər həbs edildi
16 sentyabr 2015 22:07 (UTC +04:00)

Burkina-Fasoda prezident və nazirlər həbs edildi

0

Burkina-Fasoda prezident mühafizəçiləri nazirlər kabinetinin iclasını dayandıraraq ölkə prezidenti səlahiyyətlərini icra edən Mişel Kafondo və hökumət üzvlərini həbs ediblər.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ilə bağlı hələ ki, heç bir tələb irəli sürülməyib.

 

Hadisənin səbəbləri barədə məlumat verilmir.

 

Qeyd edək ki, 2014-cü ilin oktyabrında Burkina-Fasonun prezidenti Blez Kompaore kütləvi etirazlara görə istefa verərək ölkəni tərk edib.

 

Ötən ilin noyabrında Burkina-Fasoda siyasi partiya və vətəndaş birliklərinin liderləri ölkədə prezident və parlament seçkilərinin 2015-ci ilin noyabrında keçirilməsinə dair razılığa gəlmişdilər. Xatırladaq ki, Burkina-Fasoda nümayişlər 1987-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Blez Kompaorenin prezidentlik müddətinin uzadılmasına etiraz olaraq başlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 390

Oxşar yazılar