Qadınların stadiona getməsinə icazə verildi - <span style="color:red;">İRANDA
06 aprel 2015 16:00 (UTC +04:00)

Qadınların stadiona getməsinə icazə verildi - İRANDA

İranda stadiona voleybol oyununu izləməyə getdiyi üçün həbs edilən Qönçə Havami azadlığa buraxılıb. Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, Qönçənin qardaşı İmran Havami bacısının azadlığa çıxması üçün imza kampaniyasına başlayıb və 770 min insan bu kampaniyaya qoşulub. Bundan sonra İran hökuməti Q. Havami haqqında çıxarılımış hökmün qalan hissəsini ləğv edib.

 

Qeyd edək ki, 26 yaşlı Qönçə Havami ötən ilin yayında keçirilən İran və İtaliya yığmalarının arasında keçirilən voleybol maçını izləmək üçün stadiona gedib. Bu zaman o, həbs edilib. İrandakı şəriət qaydalarına görə, qadınla kişi bir yerdə stadionda ola bilməz.

 

Qönçə Havami İran vətəndaşlığı ilə yanaşı Britaniya vətəndaşlığı da var. Lakin İran qanunvericiliyi ikinci vətəndaşlığı tanımır. 5 aylıq həbsdən sonra Qönçə 20 min funt sterlinq müqabilində zaminə buraxılsa da, ona ölkəni tərk etmək yasağı qoyulub.

 

İran hakimiyyəti Havaminin qarşı bütün ittihamları çəkdikdən sonra qadınlara idman tədbirlərində iştirak etmək icazə verilib. İdman nazirinin müavini Əbdulhamid Ahmədinin sözlərinə görə, Milli Təhlükəsizlik Şurası İran hakimiyyətinin təklifini təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar

Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45
İstanbulda  QƏZA:  50-yə yaxın yaralı var

İstanbulda QƏZA: 50-yə yaxın yaralı var

11 may 2025 , 00:24