Bu şokoladın qiyməti 49 min dollardır
27 mart 2015 22:53 (UTC +04:00)

Bu şokoladın qiyməti 49 min dollardır

Pasxa bayramı üçün istehsal olunan dovşan formalı bu şokoladın qiyməti 49 min dollardır.

 

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə,  İngiltərənin məşhur şokolad istehsalçısı “Martin Chiffers” tərəfindən hazırlanan dovşan-şokolad internet vasitəsilə satışa çıxarılıb.

 

Onun bu qədər bahalı (51 min manat) olmağına əsasən iki səbəb göstərilib. Bişirilməsi 2 gün çəkən bu dovşan beş kiloqram xüsusi Tanzaniya şokoladından hazırlanıb və gözləri 1,70 karatlıq brilyantdan ibarətdir. Bu brilyantların qiyməti 38 min dollardır (39 min manat).

 

Dovşanın ayağının altındakı yumurtalar da adi deyil. Onlar da yeməli qızıl tozundan hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355
avatar

Oxşar yazılar