Bu şəhərdə uşaq və qadınlar da silahla gəzir
22 sentyabr 2014 12:45 (UTC +04:00)

Bu şəhərdə uşaq və qadınlar da silahla gəzir

Suriyanın Kobani şəhərinin əhalisi İŞİD işğalından qorxaraq evlərini tərk etməyə davam edir. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı bir həftədir ki, Kobani şəhərini qərb, şərq və cənub istiqamətindən mühasirədə saxlayır. İŞİD qüvvələrinin şəhəri ağır silahlardan atəşə tutulması nəticəsində on minlərlə insan şəhəri tərk edərək Türkiyə ilə sərhədə qaçır.

 

İŞİD qüvvələri Kobaniyə 10 kilometr məsafədə mövqe tutub. Terrorçuların əhaliyə tətbiq etdiyi psixoloji təsir nəticəsini verməkdədir. Sakinlər evlərini tərk etməkdən başqa çıxış yollarının olmadığını bildirir. Digər tərəfdən, Suriyanın Rakka şəhərini əlində saxlayan İŞİD Kobaniyə verilən elektrik enerjisini də kəsib.

 

Kobani polis bölməsində aralarında Türkiyədən də döyüşmək üçün gəlmiş təxminən 200 nəfər silah verilib. İŞİD-lə döyüşdə 15 nəfər isə yaralanıb.

 

Hazırda Kobanidə qalan ailələr silahlanaraq İŞİD-ə qarşı sonadək döyüşəcəklərini bildirirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1338
avatar

Oxşar yazılar