Danimarka nağd puldan istifadəni qadağan etməyə hazırlaşır.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, gələn ildən etibarən restoran, mağaza, yanacaqdoldurma stansiyaları kimi obyektlərində nağd vəsaitdən istifadəni dayandıracaq. Ölkə rəhbərliyi bu istiqamətdə yekun addım atmaq üçün uzun müddətdir iş aparır. İşlər yekunlaşandan sonra bir ilkə imza atıla bilər.
Nağd puldan istifadəni qadağan edən qanunu qüvvəyə mindirməyə çalışan hökumət ticarət, alış-verişi elektron formaya salmağa çalışır. Artıq əhalidə demək olar ki, yeni sistemə hazırdır. Belə ki, ölkənin hər 3 vətəndaşından biri "Danske Bank" mobil ödəmə tətbiqinə keçib. Başqa sözlə hər 3 danimarkalıdan biri nağdsız ödənişə tam hazırdır.