Bu ölkədə Google və Facebook bağlana bilər
28 yanvar 2016 06:44 (UTC +04:00)

Bu ölkədə Google və Facebook bağlana bilər

Rusiya hökuməti Google və Facebook-u bağlaya bilər.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin İnternet üzrə müşaviri Qerman Klimenko bəyan edib.

 

“Google və Facebook əvvəl-axır Rusiya qanunvericiliyinə riayət etməyə məcbur olacaqlar. Əks təqdirdə, onlar bağlana da bilərlər.  Belə olan halda nə baş verəcək? Cavab olduqca bəsitdir – bundan Yandex və digər yerli şirkətlər faydalanacaq”, deyə Q.Klimenko bildirib.

 

Bununla belə Q.Klimenko qeyd edib ki, müvafiq qanun layihəsinin hazırlanması ilə şəxsən məşğul olmaq niyyətində deyil.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar