Bu gün Slovakiyada prezident seçirlər
15 mart 2014 07:14 (UTC +04:00)

Bu gün Slovakiyada prezident seçirlər

0

Martın 15-də Slovakiya birbaşa ümumxalq prezident seçkisi keçiriləcək.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, seçki məntəqələri bütün ölkə üzrə martın 15-i Bakı vaxtı ilə səhər 10-dan (saat 7-dən) martın 16-ı yerli Bakı vaxtı ilə gecə  saat 01.00 –dək (saat 22-dək ) açıq olacaq.

 

2009-cu il aprelin 4 ikinci dəfə seçilən indiki prezident İvan Qaşparoviç üçüncü müddətə seçilə bilməz.

 

Bu siyasi kampaniyada 15 namizəd iştirak edir. Onların arasında Slovakiyanın keçmiş baş naziri, vəkil Yan Çarnoqurski, parlamentin üzvləri Pavol Qruşovski,Helena Mezenska və Radoslav Proxazka, kardiocərrah Viliam Fişer və başqaları var.

 

Rəyi sorğularının nəticələrinə görə, hazırkı baş nazir, hakim Sosial-Demokrat Partiyasının sədri Robert Fitsonun prezident seçilmək şansı daha çoxdur.

 

Mənbə bildirib ki, Mərkəzi Seçki Komissiyası birinci turun rəsmi nəticələrini martın 16-da gündüz  elan edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 519

Oxşar yazılar