İyulun 23-də qəzaya uğramış Malayziya hava yollarına məxsus “Boeing-777” təyyarəsinin qurbanları Niderland krallığında yada ediləcək.
Lent.az-ın “Frans press”-ə istinadən məlumatına görə, həmin gün ölkədə matəm elan edilib. Bu haqda ölkənin baş naziri Mark Rütte açıqlama verib.
Bir müddət öncə o, qəzada ölənlərin iyulun 23-də Hollandiyaya aparılacağını bildirmişdi.
Xatırladaq ki, iyulun 17-də Amsterdam – Kuala-Lumpur reysi ilə uçan təyyarə Ukraynanın Donetsk vilayətində qəzaya uğrayıb. Qəza nəticəsində ölən 298 sərnişinin 183-ü Hollandiya vətəndaşıdır.