Estoniyanın “GoRail” dəmiryolu şirkəti Tallin – Moskva marşrutu üzrə sərnişindaşımanı dayandırmağa qərar verib.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu gün Estoniya paytaxtından qeyd olunan marşrut üzrə sonuncu sərnişin qatarı yola düşəcək.
Bundan əvvəl mayın 10-da Tallin – Sankt Peterburq marşrutu üzrə qatarların hərəkəti dayandırılıb.
Şirkətin rəhbəri Allar Pinsel Rusiyadan gələn turistlərin sayının kəskin azalması marşrutun bağlanmasına səbəb olub.
“Estoniya Dəmir Yolları”nın “Rusiya Dəmir Yolları” ilə dəmiryolu əlaqəsinin bərpası ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir qərar qəbul olunmayıb.