Bu gün Əfqanıstan ABŞ-la hərbi saziş imzalayacaq
30 sentyabr 2014 04:11 (UTC +04:00)

Bu gün Əfqanıstan ABŞ-la hərbi saziş imzalayacaq

Sentyabrın 30-da Əfqanıstanın yeni hakimiyyəti ABŞ-ın məhdud hərbi kontingentinin 2014-cü ildən sonra ölkədə qalmasına dair sənədə imza atacaq.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ikitərəfli sazişi prezident Əşrəf Qəninin köməkçisi, baş nazir imzalayacaq.

 

Xatırladaq ki, hakimiyyətdən gedən sabiq prezident Həmid Karzay  adıçəkilən sənədi imzalamaqdan imtina etmişdi.

 

NATO hərbi kontingentinin böyük hissəsi bu ilin sonunadək Əfqanıstanı tərk etməlidir, ölkədə 9 800 ABŞ hərbçisi qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562
avatar

Oxşar yazılar