Bu gün Beynəlxalq Çay Günüdür
15 dekabr 2015 12:37 (UTC +04:00)

Bu gün Beynəlxalq Çay Günüdür

 

Beynəlxalq Çay gününün qeyd edilməsinə ilk dəfə 2005-ci ildə qərar verilib.

Lent.az-ın məlumatına görə, Banqladeş, Şri Lanka, Nepal, Vyetnam, İndoneziya, Kenya, Malayziya, Hindistan kimi çay istehsalı ilə məşğul olan ölkələrdə Beynəlxalq Çay Günü hökumətin və sakinlərin qlobal çay ticarətinə diqqətini çəkmək üçün keçirilir.

İlk Beynəlxalq Çay Günü 2006-cı ildə Dekabrın 5-də Yeni Dehlidə qeyd edilib.

Azərbaycanda çay əsasən Lənkəran, Astara, Masallı və Zaqatalada yetişdirilir.

Çay bitkisi ilk dəfə 1912-ci ildə Azərbaycanın Lənkəran bölgəsinə gətirilərək orada əkilib və ilk dəfə olaraq çay zavodu 1937-ci ildə Lənkəranda tikilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb.

Ancaq ekspertlərin dediyinə görə, indi çayçılıq Azərbaycanın kənd təsərrüfatında çəkisini itirib. Sovet dövrü ilə müqayisədə çay plantasiyaları 20 dəfəyədək azalaraq, təxminən 2000 hektara qədər aşağı düşüb. Azərbaycanda hər il 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi ölkədə istehsal olunur.

Ekspertlərin fikrincə 1 ha çay plantasiyasının salınması və becərilməsinə 30 min manatdan artıq vəsait lazımdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372
avatar

Fərizə Əhmədova

Oxşar yazılar