Bu da itlərin modelyeri
21 aprel 2015 03:41 (UTC +04:00)

Bu da itlərin modelyeri

Amerikada yaşayan Linda Higgins adlı modelyer kolleksiyalarını yalnız itlər üçün hazırlayır.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, üstəlik, hazırladığı paltarlar üçün defilələr təşkil edir və xüsusi tərbiyə edilmiş itlər onun hazırladığı paltarları geyərək podiumda yeriyirlər. Nyu-York, Milan, Barselona və London kimi böyük şəhərlərdə it paltarları satılan bahalı mağazalar açıb. Hazırladığı paltarlar xüsusi ilə reriyer, kaniş və şivava cinsli itlərə yaraşır. Məşhur modelyer paltarları dünyanın dörd bir tərəfindən gətirtdiyi bahalı parçalar və xüsusi ipəklərdən hazırlayır. Lindanın hazırladığı paltarlar “Classy Doggie Designs” markası ilə satışa çıxarılır. İtlər üçün xüsusi tikilmiş gəlin paltarları Lindanın kolleksiyasının ən sevilən parçalarıdır. Paltarların qiyməti 50-300 dollar arasında dəyişir.

 

Məlumat üçün bildirək ki, İngiltərədə it geyindirmə modası 100 il əvvəl kraliça Viktoriyanın dövründə başlayıb. Bu moda zamanla bütün Amerikaya və Avropaya yayılıb. İtlər üçün xüsusi mağazalar açılıb. Artıq iti olan hər kəs onun üçün xüsusi paltarlar almağa diqqət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar