Rusiyanın Bryansk vilayətinin Bejitsk rayonunda ictimai nəqliyyatın dayanacağı yaxınlığında partlayış baş verib. Lent.az-ın “interfaks”-a istinadən məlumatına görə, bu haqda vilayətin baş polis idarəsi xəbər verib.
Mənbənin məlumatına əsasən, olay nəticəsində xəsarət alanlar olub.
Hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, hadisə “RQD-5” markalı qumbaranın partlaması üzündən baş verib. Olayı parkda istirahət edən sərxoş gənc törədib.
Olayla bağlı cinayət işi açılıb, şübhəlilər saxlanılıb.