Britaniyanın XİN rəhbəri səfirlik açmaq üçün Tehrana gedib
23 avqust 2015 06:58 (UTC +04:00)

Britaniyanın XİN rəhbəri səfirlik açmaq üçün Tehrana gedib

0

Böyük Britaniyanın XİN rəhbəri Filip Xammond bu gün Tehrana yola düşüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  Filip Xammond  ölkəsinin İrandakı 2011-ci ildən fəaliyyətini dayandırmış  səfirliyinin açılış mərasimində iştirak edəcək.

 

“Bizim münasibətlər 2011-ci ildən bəri yaxşılaşıb. Prezident Həsən Ruhaninin seçkilərdə qələbə qazanması və İranın nüvə proqramı ilə bağlı mühüm sazişin əldə olunması bunun üçün böyük zəmin yaratdı. Mən daha da irəli getmək üçün bizdə potensial olduğuna inanıram. Səfirliklərin açılması ikitərəfli münasibətlərin yaxşılaşması istiqamətində atılan çox mühüm bir addımdır”, deyə  Filip Xammond qeyd edib.   

 

Xammondun sözlərinə görə, London İran və “altılıq” ölkələri arasında əldə olunmuş sazişin iki ölkə arasında həm ticarət dövriyyəsinin, həm də iqtisadiyyata yatırılacaq sərmayələrin artırılması üçün  təkan olmasına çalışır.    

 

İki ölkə arasında münasibətlər tam normallaşanadək səfirliklərin ilk mərhələdə işlər müvəkkili səviyyəsində fəaliyyət göstərəcəyi gözlənilir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar