Britaniyanın Rusiyadakı viza mərkəzləri işini dayandırır
20 mart 2014 06:06 (UTC +04:00)

Britaniyanın Rusiyadakı viza mərkəzləri işini dayandırır

Martın 20-dən Britaniyanın Rusiyadakı viza mərkəzi bağlanır. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mərkəz marın 21-də işini tamamilə bağlanacaq.

 

 

Qurumun saytında bildirilib ki, martın 20-də Yekaterinburqda, martın 25-də  Peterburqda, martın 27-də  Rostovda, bir sonra isə Novosibirskdə viza üçün sənədlərin qəbulu dayandırılacaq.

 

Beləliklə, bir həftə ərzində Rusiya ərazisindəki bütün viza mərkəzləri bağlanacaq. Qurumun işini bərpa edəcəyi barədə əlavə məlumat verilməyib.

 

Mənbə bildirib ki, viza almaq istəyənlər isə krallığın RF-dəki səfirliyinə müraciət etməlidir.

 

Britaniyanın səfirliyi bəyana edib ki, mərkəz bağlanmır, sadəcə viza ilə bağlı sənədləri qəbul edən şirkət dəyişir: «Ukraynada baş verənlərlə bunun əlaqəsi yoxdur».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550
avatar

Oxşar yazılar