Britaniyanın xarici işlər naziri Uilyam Heyq martın 2-də Ukraynaya səfər edəcək. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, diplomat bu haqda «tvitter»səhifəsində bildirib.
«İndicə prezident Turçinovla danışdım. Bazar günü Ukraynanın yeni hökumətlə danışıq aparmaq üçün Kiyevə yola düşürəm»-deyə, nazir yazıb.