Britaniyanın baş naziri Devid Kemeron krallığın Avropa Birliyindən çıxması ilə bağlı referendum keçiriləcəyini bəyan edəndən sonra ölkədə ilk dəfə sosioloji rəy sorğusu keçirilib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «YouGov» şirkətinin keçirdiyi sorğuda üç minə yaxın yaşlı sakin iştirak edib.
Onların 41 faizi bildirib ki, Britaniya Avropa Birliyində qalmalıdır. Rəyi soruşulanların 39 faizi isə krallığın bu birlikdən çıxmasını istəyib.
Devid Kemeron 2013-cü ilin yanvarında bildirmişdi ki, əgər təmsil etdiyi Mühafizəkarlar Partiyası 2015-ci il seçkisində qalib gələrsə, Britaniyanın Avropa Birliyindən çıxması haqda referendum keçirəcəklər.