Böyük Britaniyanın baş naziri Devid Kemeronun rəhbəri olduğu Mühafizəkar Partiyası parlament seçkilərində liderlik edir. APA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” exit poll-un nəticələrinə istinadən məlumat yayıb.
“Exit poll” nəticələrinə əsasən, mühafizəkarlar 216, leyboristlər 239, Şotlandiya Milli Partiyası 58, Liberal Demokratlar Partiyası isə 10 yerə nail olublar.
Qeyd edək ki, ötən gün Böyük Britaniyada yerli vaxtla 7.00-da (Bakı vaxtı ilə 11.00-da) parlament seçkiləri başlayıb. Səsvermə 650 seçki dairəsinin 5 minədək seçki məntəqəsində keçirilib.