Britaniyada iğtişaşlar: Kemeron  səfərini dayandırmalı oldu
02 avqust 2015 00:40 (UTC +04:00)

Britaniyada iğtişaşlar: Kemeron səfərini dayandırmalı oldu

0

La-Manş boğazının altından keçən tunelin girişinin miqrantlar tərəfindən bağlanması  səbəbindən Böyük Britaniyanın magistral yollarında 4500-dən çox yük maşınından ibarət tıxac yaranıb. Məlumata görə, tunelin əks tərəfində də eyni sayda yük maşınlarının toplandığı bildirilir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə The New York Times məlumat yayıb.

 

Məlumata görə, Böyük Britaniya hakimiyyəti yaranmış vəziyyətdən çıxış yolları tapmağa çalışır.  

 

Məsələ ilə bağlı təcili toplantı keçirmək məqsədi ilə Böyük Britaniyanın baş naziri Devid Kemeron Asiyaya səfərini dayandırıb.  

 

“Eurostar” şirkəti fəhlələrin tətili səbəbindən La-Manş boğazının altından keçən tunellə hərəkəti dayandırmalı olub. Etiraz edən fəhlələr Kale limanını bloklaşdıraraq yollarda yanğınlar törədiblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar