Britaniyada 660 uşaqbaz tutulub
17 iyul 2014 06:24 (UTC +04:00)

Britaniyada 660 uşaqbaz tutulub

0

Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Milli Agentliyi 660 nəfəri həbs edib.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, onlar yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz etməkdə şübhəli bilinirlər.

 

Mənbənin məlumatına əsasən, 6 ay ərzində özəl əməliyyat keçirilib.

 

Həbs edilənlər əsasən həkim, müəllim, feldşer, polis zabiti və hərbçilərdir.

 

Məlumatda bildirilib ki, İnternet saytlarında uşaq pornosu axtaranlar  xüsusi xidmət orqanlarının diqqətini özünə cəlb edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1046

Oxşar yazılar