Rusiyanın Londondakı səfirliyi Britaniyanın Xarici İşlər Nazirliyinə sorğu göndərərək, “Farnboro” beynəlxalq aviakosmik salonuna getmək üçün Rusiya nümayəndə heyətinin bir hissəsinə icazə verilməməsinin səbəbinin açıqlanmasını istəyib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Rusiya diplomatik missiyası bildirib ki, həmvətənlərindən ibarət nümayəndə heyətinin bir hissəsinə viza verilməməsinə təəssüflənir.
Səfirliyin məlumatına əsasən, eksponatların təhlükəsiz istismarını təmin etmək üçün gedəcək texniki əməkdaşlara viza verilməyib .
Xatırladaq ki, “Farnboro İnterneşnl-2014” beynəlxalq aviakosmik sərgi iyulun 14-də açılacaq. 2012-ci ildə vizanın gecikməsi ucbatından Rusiyanın iştirakı az qala təxirə düşəcəkmiş. “Rus cəngavərləri” pilot qrupunun çıxışı da sual altında qalıbmış. Bundan başqa Rusiyada istehsal olunan hərbi texnikanın da Britaniyaya aparılmasına icazə verilməyibmiş.