İngiltərə taxtının varislərindən ola Şahzadə Uilyam yeni işinə başlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şahzadə pilot kursunu keçdikdən sonra hava limanında işləməyə qərar verib. Səhər saat 7-də o, ilk dəfə işə gedərkən sosial şəbəkədəki profilində yazıb:
"Bu mənim ilk günüm, həyəcanlıyam. Yağışlı havada başladım. Bu təhsil böyük zəhmət və səbir tələb edirdi. Amma artıq iş başındayam...".
Uilyam hələlik köməkçi pilot kimi işləyəcək, hər gün 9 saat yarım çalışacaq və maaş alacaq. O, artıq indidən maaşını yardım üçün bağışlayıb.
Şahzadə Uilyam mayda ikinci dəfə ata olduqdan sonra ailəsi ilə vaxtının çoxunu Norfolkdakı evlərində keçirir.
Britaniya şahzadəsi Uilyam aeroportda işə düzəıib
240