Britaniya şahzadəsi Harri hərbçilik fəaliyyətinə son qoyub.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, şahzadə bundan sonra Cənubi Afrikadakı ekoloji layihələrlə məşğul olacaq. Mətbuatda yayılan məlumatlara görə, o, heyvanların həyatının xilas edilməsində birbaşa iştirak etməyi planlaşdırır. Xatırladaq ki, kraliça Yelizavetanın nəvəsi olan Harri iki dəfə Əfqanıstan döyüşlərində iştirak edib.