Britaniya hökuməti Rusiyaya qarşı yeni addımlar ata bilər
21 yanvar 2016 17:33 (UTC +04:00)

Britaniya hökuməti Rusiyaya qarşı yeni addımlar ata bilər

 

 

Böyük Britaniya hökuməti Aleksandr Litvinenkonun öldürülməsi ilə əlaqədar hakim Robert Ouenin açıqlamalarından sonra Rusiyaya qarşı hansı yeni addımlar atıla biləcəyi məsələsini nəzərdən keçirir.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu Britaniya baş nazirinin ofisindən bildiriblər.

 

Baş nazir David Kemeronun mətbuat katibi deyib ki, hökumət hansı yeni tədbirləri görmək məsələsi üzərində düşünür. O, Litvinenkonun ölümü ilə əlaqədar təhqiqatın nəticələrini çox ciddi adlandırıb: “Qətlin Rusiya hakimiyyətinin ən yüksək səviyyəsində sanksiyalaşdırıldığı barədə gəlinən nəticə çox qorxuludur. Dövlətlər, üstəlik, BMT Təhlükəsizlik Şurasının üzvləri özlərini belə aparmamalıdır. Təəssüf ki, təhqiqatın nəticələri bizim və əvvəlki hökumətlərin əmin olduğu məsələni təsdiqləyir”.

 

Xatırladaq ki, London Kral Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti Aleksandr Litvinenkonun zəhərlənərək öldürülməsinin icraçıları kimi Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy və rusiyalı iş adamı Dmitri Kovtunun adlarını çəkib. Məhkəmə hakimi bildirib ki, əməliyyat böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin və FSB-nin o vaxtkı rəhbəri, hazırda Rusiya Təhlükəsizlik Şurasının katibi olan Nikolay Patruşevin razılığı ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 251
avatar

Oxşar yazılar