Britaniya da Yarukoviç və 17 ukraynalının hesabını dondurub
06 mart 2014 02:37 (UTC +04:00)

Britaniya da Yarukoviç və 17 ukraynalının hesabını dondurub

0

Britaniyanın maliyyə naziri Corc Osborn Avropa Birliyi ərazisində 18 ukraynalını bank hesabının dondurulduğunu elan edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlar korrupsiyada şübhəli bilinirlər.

 

Osborn «tvitter» səhifəsində yazıb: «Ukraynanın dövlət əmlakını qanunsuz mənimsəməkdə şübhəli bilinən 18 ukraynalının hesablarını bütün AB ərazisindən dondurmuşuq» .

 

Bir müddət öncə, həmin 18 nəfərin bank hesablarının dondurulduğunu Avstriya, İsveçrə və Lixtenşteyn də elan edib.

 

Hesabların dondurulanlar arasında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç və onu böyük oğlu Aleksandrın da adı var. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar