Britaniya Avropa İttifaqını tərk etmək ərəfəsindədir
10 iyun 2015 05:13 (UTC +04:00)

Britaniya Avropa İttifaqını tərk etmək ərəfəsindədir

0

Britaniya parlamentinin İcmalar Palatası ikinci oxunuşda Böyük Britaniyanın Aİ-dən çıxması haqqında referendum layihəsini dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qanun layihəsini 544 deputat dəstəkləyib, 53 nəfər isə əleyhinə səs verib.

 

Qanun layihəsi mühafizəkarlar və leyboristlər tərəfindən dəstəklənib, Şotland Milli Partiyası Birləşmiş Krallığın Aİ-dən çıxmasının fəlakətlə yekunlaşacağını əsas gətirərək qanunun əleyhinə çıxış edib.  

 

Qanunun qəbul olunması üçün layihə Komitələr səviyyəsində müzakirələr də daxil olmaqla  hələ bir neçə mərhələdən keçməlidir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar