Braziliyada polislə quldur dəstələri arasında baş verən toqquşmalar nəticəsində 11 nəfər ölüb, iki asayiş keşikçisi yaralanıb.
APA-nın “AFP” agentliyinə istinadən verdiyi xəbərə görə, Kurrays-Novus şəhərində banklara basqın etməkdə şübhəli bilinən cinayətkar dəstənin 7 üzvü öldürülüb. Cinayətkarlara məxsus avtomobillərdə odlu silah və partlayıcı maddələr aşkarlanıb.
Rio de Janeyro da isə narkotiklərin satışı ilə məşğul olan cinayət dəstənin 4 üzvü polis tərəfindən öldürülüb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində xeyli sayda silah-sursatın müsadirə edildiyi bildirilir.