Braziliyada ildırım vurması nəticəsində 5 nəfər öldü
30 dekabr 2014 00:37 (UTC +04:00)

Braziliyada ildırım vurması nəticəsində 5 nəfər öldü

0

Braziliyanın San Paolo ştatında ildırım vurması nəticəsində 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Praya Qrandi kurort şəhərinin çimərliyində baş verib

 

Ölən və xəsarət alanların hamısı köşkdə şiddətli yağışdan gizlənənlər olub. Braziliyanın milli kosmik araşdırmaları İnstitutunun hesablamalarına görə, hər il ölkə üzərində 58 milyona yaxın ildırım çaxır. Bu göstəriciyə görə Braziliya dünyada birinci yeri tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar