Braziliyanın San Paolo şəhərində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, idarəetməni itirən helikopter yaşayış binalarının olduğu məhəlləyə düşüb. Qəzanın səbəbləri hələlik məlum deyil.
İlkin məlumata əsasən, Fransa istehsalı olan EC-155 tipli helikopter texniki baxışdan sonra sınaq uçuşu həyata keçirirmiş. “Seripatri” aviaşirkətinə məxsus helikopterdə iki pilot və üç aviatexnik olub.
Faktla bağlı Braziliyanın Milli Mülki Aviasiya Agentliyi araşdırma aparır.