Böyük Corc Buş 90 yaşında paraşütdən tullanıb
13 iyun 2014 06:12 (UTC +04:00)

Böyük Corc Buş 90 yaşında paraşütdən tullanıb

0

ABŞ-ın keçmiş prezidenti böyük Corc Buşun 90 yaşı tama olub.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, o, yubileyini paraşütdən tullanmaqla qeyd edib.

 

Mənbə xatırladıb ki, Buş 75, 80 və 85 yaşlarında da paraşütdən tullanıb.

 

ABŞ-ın 41-ci prezidenti Parkinson xəstəliyindən əziyyət çəkdiyi üçün əl arabasında hərəkət edir. Təhlükəsizlik baxımından 90 yaşlı siyasətçi təcrübəli hərbi paraşütçü çavuş Mayk Elliottla birlikdə tullanıb.

 

1997-ci ildə, 73 yaşlı Buş həyatında ikinci dəfə paraşütdən tullanarkən, dünyanı təəccübləndirmişdi. İlk dəfə o, 1945-ci ildə ikinci dünya savaşı zamanı paraşütdən istifadə edib.

 

Keçmiş prezidenti təbrik etməyə 200-ə yaxın qonağın gedəcəyi gözlənilir.  Buş ailəsinin təmsilçisi Cim Makqrasın sözlərinə görə, mərasimə onun 5 övladı, o cümlədən ölkənin 43-cü prezidenti kiçik Buş da qatılacaq.

 

Xatırladaq ki, böyük Corc Buş 1989-1993-cü illərdə ABŞ-ın prezidenti olub. 1981-1989-cu illərdə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqanın müavini vəzifəsində çalışıb.

 

Bundan başqa o, konqresmen, ABŞ-ın BMT-dəki nümayəndəsi, ölkəsinin Çindəki özəl təmsilçisi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1240

Oxşar yazılar